Amerika Birləşmiş Ştatları yaxın bir neçə il ərzində İngiltərənin şərqindəki Saffolkdakı Leykenhit hərbi bazasında taktiki nüvə silahı yerləşdirə bilər.
“Far.Az” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ABŞ hazırda sözügedən aviabazada bir neçə milyon funt-sterlinqlik taktiki nüvə silahı anbarı tikir və bu anbardakı işlər yaxın bir neçə ilə yekunlaşacaq.
Nəşrin məlumatına görə, Avropada 100-ə yaxın Amerikanın “B61” nüvə bombası yerləşdirilib, onlar NATO ölkələrində - Belçika, İtaliya, Niderland, Türkiyə və Almaniyadakı bazalarda saxlanılır.
Nəşr eyni zamanda vurğulayıb ki, Böyük Britaniya və Fransa öz taktiki nüvə silahlarını hazırlamaq üçün ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edirlər. Qəzetin yazdığına görə, bu yolla London və Paris Vaşinqtondan hərbi asılılığını azaltmaq istəyir.