AZ

"Qiyamət günü" radiostansiyası çox sayda qəribə mesaj ötürüb: Nə baş verir?

"UVB-76" radiostansiyası dekabrın 11-də gün ərzində qəribə mesajlar ötürüb.

hakimiyyet.az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə stansiyanın "VKontakte" sosial şəbəkəsindəki qrupu məlumat verib.

"2024-cü il dekabrın 11-də "UVB-76" radiostansiyası tarixdə ən "çoxsözlü" ötürməni həyata keçirib - 24 mesaj", - deyə paylaşımda bildirilib.

Həmçinin ötürülən siqnallarda açıqlanıb ki, bunların arasında "əlifba", "ikinikahlılıq", "tullantısız", "bilyard", "tutmaq", "biotok", "qeenna" (yəhudilik və xristianlıqda qiyamət gününün simvolu, islam dinində isə "cəhənnəm" sözünə bərabər tutulur - red.) və s. kimi sözlər olub.

Qeyd edək ki, "UVB-76" radiostansiyası "The Buzzer" kimi də tanınır və 4625 kHz tezliyində işləyir, qısa, monoton, uğultulu səsləri translyasiya edir.

Bir qayda olaraq, bu siqnallar və müdaxilələrdən başqa, radiostansiya heç bir şey vermir. Bəzən efirdə mənasız sözlər toplusu axını olur, bəzən "aqronom darvazadan çıxır" və ya rusca "şişmə xilasedici qayıq" kimi kiçik cümlələr ötürür, lakin bu, çox nadir hallarda baş verir.

"UVB-76"nın nəyə xidmət etdiyi barədə etibarlı məlumat yoxdur. Versiyalar diapazonu genişdir - nüvə sualtı qayıqları ilə danışıqlardan və nüvə raketlərinin buraxılmasına nəzarətdən tutmuş, yadplanetlilərlə kontaktların axtarışına qədər. Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də "Qiyamət günü" radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı yuxarıdakı qərargahların ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi məqsədilə nəzərdə tutulub.

Seçilən
10
3
hakimiyyet.az

5Mənbələr