Bakı. Trend:
Fransada dövlət qurumlarına etimad azalır: "Mascaret"təşkilatının sorğusuna görə, fransızların yarıdan çoxu VRespublikanın ləğvini istəyir.
Trend "Figaro"yaistinadən xəbər verir ki, "Mascaret" təşkilatının Senat(Parlamentin yuxarı palatası) və yerli KİV üçün keçirdiyi sorğununnəticələrinə görə, fransızların 85 faizi dövlət qurumlarındaislahat aparılmasını tələb edir.
Sorğuda iştirak edənlərin 83 faizi senator və deputatlarınsayının azaldılmasını, 74 faizi isə seçkilərdə proporsionalsistemin tətbiqini istəyib. Eyni zamanda, respondentlərin 56 faiziümumiyyətlə V Respublikanın ləğvini və VI Respublikanın qurulmasınıistəyir.
Sorğunun nəticələrinə əsasən, Prezident Emmanuel Makronunreytinqi də ən aşağı həddə enib. Respondentlərin 75 faizi dövlətbaşçısı barədə mənfi rəy bildirib.