AZ

Azərbaycanda magistral kəmərlərlə nəql edilmiş neft və qazın həcmi açıqlanıb

Magistral neft kəmərləri ilə 35 360 min ton neft nəql edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər evrir ki, nəqletmənin 75,9 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 26831,1 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8 faizini və ya 21940,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,2 faizini və ya 4890,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məlumata görə, magistral qaz kəmərləri ilə 36 milyard 319,3 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artım müşahidə olunub. Qazın nəqlinin 57,2 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 20 milyard 786,7 milyon kub-metr qaz ötürülüb.

Fuad Mədətov
Fins.az

Seçilən
28
2
fins.az

4Mənbələr