AZ

Bu 3 əlamət bədəndə xərçəngin yarandığının əlamətidir

Bədəni toksinlərdən təmizləyən orqanizmin təbii müdafiə sistemi limfalardır. Lakin limfa sistemində yaranan problemlər ciddi sağlamlıq risklərinə, o cümlədən xərçəngin inkişafına səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, məlumata görə, onkoloq və cərrah İvan Karasev xəbərdarlıq edib ki, limfa sistemi pozulduqda bütün orqanizm əziyyət çəkir və inkişaf etmiş hallarda limfa xərçəngi (limfoma) yarana bilər.

Limfoma üçün əsas əlamətlər:

Boyun, qoltuqaltı və körpücük sümüyü üstündə şişkinlik
Şişkinlik ağrısız olur və zamanla böyüyə bilər. Bəzən bu dəyişikliklər qasıq nahiyəsində də müşahidə edilə bilər.

Qarında şişkinlik və ağrı
Qarın nahiyəsində inkişaf edən limfomalar qarın ağrısı, ürəkbulanma və qusma ilə nəticələnə bilər. Bu zaman bədəndə maye toplanması baş verir.

Yeni qabarların yaranması
Şişkinliklər müalicə olunmadıqda böyüyərək yeni qabarların əmələ gəlməsinə səbəb olur.

Mütəxəssislərdən tövsiyə:
Vaxtaşırı limfa düyünlərini müayinə etdirmək və hər hansı dəyişiklik hiss edilərsə, dərhal həkimə müraciət etmək vacibdir./milliaz

Seçilən
26
3
konkret.az

9Mənbələr