AZƏRTAC xəbər verir ki, Buç Vilmor və Suni Vİlyamsın geri qayıda bilməməsinə səbəb "Starliner" kosmik gəmisində baş verən nasazlıqdır.
Sentyabrda kosmik gəmi BKS-yə 2 astronavtı çatdırmışdı. Onlar təyinat nöqtəsinə çatdıqdan sonra ABŞ Aerokosmik Agentliyi NASA kosmik gəminin Yerə boş qayıtmasına qərar verib.
NASA-nın məlumatına görə, astronavtlar planetimizə böyük ehtimalla martda qayıdacaqlar. Bu təqdirdə onlar 8 gün əvəzinə 9 ay Yerətrafı orbitdə qalmış olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31