AZ

Türkiyə “tarixi səhv”ini 21 il sonra düzəldir – 2003-də nə baş vermişdi?

2003-cü ilin mart ayında Türkiyənin İraqa müdaxilə etməməsi qərarı yenidən gündəmə gəlib. Bu qərarı səhv adlandıranlar düşünür ki, Ankara o vaxt xarici təsirlərə baxmayaraq İraqa girsəydi, regionda vəziyyət tamamilə fərqli inkişaf edə bilərdi.

Bəs hazırda Türkiyənin Suriya siyasəti gözlənilən nəticəni verəcəkmi və ən əsası, 21 il əvvəl İraqda itirdiyi mövqeləri geri qazana biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov 2003-cü ildə Türkiyənin İraqa müdaxilə etməməsini indi yanlış qərar hesab edənlər var:

“O zamanın şəraitini xatırlasaq, bunun Türkiyə üçün ağır nəticələrə gətirib çıxaracağını görərik. ABŞ həmin dövrdə Türkiyənin İraqa müdaxiləsinə ciddi şəkildə qarşı idi. Amerika nə zəif idi, nə də Türkiyənin bu prosesdə iştirakına ehtiyac duyurdu. 2003-cü ildən sonra baş verən hadisələr göstərir ki, həmin dövrdə Türkiyənin belə bir addım atması çətin məsələ idi”.

Politoloq bildirib ki, keçən 21 il ərzində Türkiyə bölgədə gücünü artırmaq və hazırkı Suriya prosesinə hazırlaşmaq üçün mühüm addımlar atıb:

“ABŞ-ın yeni prezidenti Donald Trampın bir qədər öncə Türkiyə və Prezident Ərdoğan haqqında dediyi sözlər diqqət çəkir:

Türkiyə böyük bir gücdür və Ərdoğan mənim çox yaxşı anlaşdığım şəxsdir. Onun ordusu güclüdür, döyüş meydanlarında məğlub olmayıb. Ərdoğan güclü ordu qurmağı bacarıb.”

Trampın bu sözləri ABŞ-ın Türkiyəyə “sevgisi” ilə bağlı deyil. Həqiqət budur ki, Türkiyə bu gün Yaxın Şərqin aparıcı dövlətidir və qlobal güclər regionu idarə etmək üçün Ankaranın dəstəyinə ehtiyac duyurlar. Türkiyə yaranmış şəraitdən maksimum istifadə etməlidir. Əks halda nə tarix, nə də xalq bunu bağışlayacaq. Türkiyə rəhbərliyi də bunun fərqindədir və hər fürsətdən yararlanmağa çalışır”.

elimusa

Ə.İbrahimov qeyd edib ki, Suriyanın gələcəyi Türkiyənin atacağı addımlardan asılıdır. ABŞ da Suriya ilə bağlı əvvəlki planlarında dəyişikliklər edib:

“Son dövrlərdə müzakirələr göstərir ki, ABŞ PKK məsələsində Türkiyəyə əvvəlki qədər ciddi təzyiq göstərmir. Bu isə Türkiyənin əsas məqsədinə nail olmaq şansını artırır. Amma əgər ABŞ köhnə layihələrinə qayıdaraq, İŞİD-lə mübarizə bəhanəsi altında SDG və PYD-yə dəstək verməyə davam edərsə, Türkiyə öz planını ortaya qoyacaq. Bu isə Suriyanın parçalanması ilə nəticələnə bilər. Region dövlətləri, xüsusən də Türkiyə, belə bir ssenaridən qaçmağa çalışırlar. Lakin Trampın gələcəkdə hansı mövqe sərgiləyəcəyi hələlik qeyri-müəyyəndir.”

Seçilən
40
40
turkustan.az

10Mənbələr