AZ

"İllər öncə çempionat daha pis vəziyyətdə idi, amma “Qarabağ”ın uğurları daha böyük idi"

“Qarabağ” Avropa Liqasının cari mövsümümdə keçirdiyi 6 oyunun yalnız birində qələbə qazanıb.

Ağdamlılar FKSB və “Olimpiakos” ilə keçirəcəyi son iki oyunda 6 xal qazanarsa, bəlkə də onların pley-off perspektivi haqda nəsə düşünə bilərik.

Son 9 ayda Avropadakı nəticələr baxımından ciddi şəkildə geriləyən “Qarabağ”ın uğursuz çıxışı ilə bağlı fərqli versiyalar var. Həmin versiyalardan biri də budu ki, Ağdam klubu ölkə çempionatında ciddi rəqabətlə üzləşmir, belədə tələbkarlıq səviyyəsi istər-istəməz aşağı düşür. Yumşaq desək, komanda deyə-gülə çempion olur, Avropada isə bunun fəsadları ilə üzləşir.

Doğrudanmı, yerli çempionatın səviyyəsi “Qarabağ”ın avrokuboklardakı nəticələrinə təsir edir?

“Futbol+”in sualını futbol veteranı Şahin Diniyev cavabladı.

“Bir qədər çətin sualdı. Çünki dəqiq və fakta söykənməyən şeylər yoxdu. Əvvəl də, indi də klublarımızın səviyyəsi eyni olub. Ümumiyyətlə, futbolumuzun səviyyəsi göz qabağındadı. Addım-addım geriləyirik. “Qarabağ” 3-4 il əvvəl 10-15 tur öncədən çempionluğu təmin edirdi. Yəni klubların vəziyyəti o dərəcə yaxşı deyildi. Amma hazırda elə asan deyil. Demək olmaz ki, səviyyə qalxıb və ya “Qarabağ”ın səviyyəsi enib. Hər iki tərəfdən asılıdı. Ağdam klubunun futbolçuları Avropada oynaya biləcəyi oyunu burda oynamır. Əvəllər klubların səviyyəsi daha acınacaqlı idi. Çox problem tapmaq olar. İllər öncə çempionat daha pis vəziyyətdə idi, amma “Qarabağ”ın uğurları daha böyük idi. Bunu da ümumi futbolumuzda eniş getməsinə bağlayardım. Avropa futbolu irəli addımladığı halda, biz yerimizdə sayırıq. Hətta yerimizdən aşağı gedirik. 3-4 il əvvəlki Avropa futbolu ilə indikini müqayisə etsək, irəliləyiş, inkişaf göz qabağındadı”.

RÖYANƏ OĞUZ
phrase_var_article.chosen
20
football-plus.az

1phrase_var_article.sources