AZ

“Aparılan islahatlar prezidentin insanların sağlamlığına olan diqqətinin bariz nümunəsidir”

“Səhiyyə sistemində aparılan islahatlar prezidentin insanların sağlamlığına olan diqqətinin bariz nümunəsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Murad Mirzəyev deyib.

Onun sözlərinə görə, vətəndaşların ölkənin istənilən bölgəsində tibbi xidmətə əlçatanlığı təmin edilib:

“Son 6 ildə ölkəmizdə TƏBİB-in fəaliyyəti tibbi xidmətlərin təşkili istiqamətində mühüm inkişafa səbəb olub. Tabeliyimizdəki tibb müəssisələrinin rəqəmsallaşması və vətəndaş yönümlü həllərin inkişafı yeni mərhələyə qədəm qoyub”.

Mina Mikayılova

Seçilən
14
bakivaxti.az

1Mənbələr