AZ

Cənubi Koreyada PUA-lara qarşı təlim keçiriləcək

Cənubi Koreya hərbçiləri dekabrın 19-da şərti düşmənin pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaqla bağlı təlimlər keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat verib.

"Dekabrın 19-u Silahlı Qüvvələr Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında Şimali Koreyanın kiçik PUA-larının müdaxiləsinə qarşı reaksiya bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimlər keçirəcək", - komitədən bildirilib.

PUA-lar şərti xarakter daşıyacaq. Cənubi Koreya hərbçiləri şərti hədəfləri aşkar etməli, izləməli və vurmalıdır, döyüş sursatı ilə atəş planlaşdırılmır. Təlimlərdə ordunun quru əməliyyatları komandanlığı, donanma və HHQ əməliyyatları komandanlığı iştirak edəcək.

Seçilən
0
2
report.az

3Mənbələr