AZ

30 yaşlı erməni nazir onları işdən çıxardı

Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanın əmri ilə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin direktor müaviniləri - Xilasetmə Xidmətinin polkovniki Yeqor Karapetyan, polkovnik David Sarkisyan və "Aştarak" icmasının polis idarəsinin rəisi, polis polkovnik-leytenantı Sergey Martirosyan tutduqları vəzifələrdən azad ediliblər.

Onların öz ərizələrinə əsasən vəzifələrindən azad edildikləri bildirilir.

30 yaşlı nazirin digər əmrləri ilə Vardan Matevosyan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavini vəzifəsinə, həmçinin Mariam Gevorkyan, İrina Davtyan və Tiqran Mkrtçyan isə yenidən Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavinləri vəzifələrinə təyin ediliblər. /Unikal.az/

Seçilən
17
6
musavat.com

7Mənbələr