AZ

Azərbaycandakı ödənişli yolda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.

NOCOMMENT.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, kartı yolun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakıdakı 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

Hazırda yoldan həm “Sürətli Keçid Kartı” ilə, eyni zamanda keçid məntəqələrində bank kartı ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız kart sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən kartı əldə etmələri xahiş olunur.

Seçilən
11
38
nocomment.az

10Mənbələr