Yağlardan xilas olmaq istəyənlər qəhvələrinə limon şirəsi əlavə etməyi düşünə bilərlər.
E-saglam.az Milli.az-a istinadən xəbər verir ki, qəhvə maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını artıra bilər. Qəhvənizə əlavə edilən 3 damcı limon şirəsi bu effekti daha da gücləndirə bilər. Qəhvə və limon hər ikisi sağlamlıq üçün bir çox sübut edilmiş faydalara sahibdir.
Qəhvə, əsasən mərkəzi sinir sistemini stimullaşdıran, ayıqlığı və əhval-ruhiyyəni artıran kofein tərkibinə görə populyardır. Limon isə C vitamini və antioksidantlarla zəngin bir sitrus meyvəsidir və insanların müalicəvi məqsədlərlə istifadə etdiyi qədim zamanlardan bəri tanınır.
Həm qəhvə, həm də limonun antioksidant tərkibi bədəninizi sərbəst radikalların zərərli təsirlərindən qoruyur və sağlamlıq üçün əhəmiyyətli faydalar təmin edir.
E-saglam.az