Dünən Rusiyada baş vermiş qalmaqallı qətllə bağlı yeni məlumatlar yayılıb.
“İzvestiya” öz mənbəsinə istinadən xəbər yayıb ki, Radiasiya, Kimya və Bioloji Müdafiə Qoşunlarının (RXBD) rəisi general-leytenant İqor Kirillov və onun köməkçisinin qətli ilə bağlı cinayət işi üzrə iki şübhəli saxlanılıb.
"İqor Kirillovun ölümü ilə bağlı iki şübhəli saxlanılıb", - nəşr yazır.
Şübhəlilər istintaqa cəlb ediliblər. Təfərrüatlar dəqiqləşdirilir.
Xatırladaq ki, dünən Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib. Partlayıcı qurğu skuterə quraşdırılıb.
Tural