AZ

Jurnalist Əziz Orucovun məhkəməsinin vaxtı AÇIQLANDI

“Kanal 13” kanalının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayır.

Modern.az bu barədə “Elektron Məhkəmə Sistemi”ndən əldə edib.

Cinayət işi baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.

İş üzrə məhkəmənin hazırlıq iclası 25 dekabr saat 10:10-a təyin olunub.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə, daha sonra 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi əlavə edilib. Daha sonra 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəyə xitam verilib.

Seçilən
12
26
tribunainfo.az

10Mənbələr