AZ

Klub prezidenti məşqçi ilə bərabər hamını qovdu

Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç radikal qərar verib.

Yenisabah.az xəbər verir ki, uğursuz nəticələrdən təngə gələn klub rəhbəri baş məşqçisi və bütün futbolçuları komandadan qovub.

"Sloboda Tuzla" son 17 oyunun 15-də uduzub, 2 görüşdə heç-heçə edib. Komanda hazırda 2 xalla 12 klub arasında sonuncudur.

Klub prezidenti həyatının ən çətin qərarlarından birini verdiyini bildirib. “Biz bütün oyuçulara artıq klubumuzun bir hissəsi olmadıqlarını söylədik. Müqavilələr qarşılıqlı razılaşma əsasında ləğv edildi”.

Husiç qeyd edib ki, mövsümün sonuna 16 matç qaldığından komandanı yenidən quracaqlar və liqada qalmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, "Sloboda Tuzla" klubu 1919-cu ildə yaradılıb. 


Telegram kanalımız
Seçilən
26
1
yenisabah.az

2Mənbələr