AZ

Fəxrəddin Altun “Rəqəmsal əsrdə həqiqət mübarizəsi” adlı məqalə qələmə aldı

Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Fəxrəddin Altun süni intellektin original məzmunları saxta məzmunlardan fərqləndirməz hala gətirdiyinə diqqət çəkərək bunun cəmiyyətin etimadını zədələdiyini bildirdi.

Demokrat.az xəbər verir ki, Fəxrəddin Altun “Rəqəmsal əsrdə həqiqət mübarizəsi” adlı məqalə qələmə aldı. 24 ölkənin media orqanlarında dərc olunan məqalədə rəqəmsal sahədəki dəyişikliyin gətirdiyi imkanlar və çətinliklərə diqqət çəkildi.

“Deep-fake”(saxta məzmun) istehsal edə bilən süni intellektin orijinal məzmunları saxtalarından fərqləndirilməz hala gətirdiyinə diqqət çəkən sədr bunun cəmiyyətlərin etimadını zədələdiyini, həqiqət böhranını dərinləşdirdiyini, dezinformasiya, manipulyasiya və etik pozuntuların dağıdıcı nəticələrini əhəmiyyətli dərəcədə artırdığını ifadə etdi.

Altun “Türkiyə olaraq strateji kommunikasiya mexanizmlərimizlə yanlış məlumatların qarşısını almaq, həqiqəti müdafiə etmək və beynəlxalq ictimaiyyətin düzgün məlumata çıxışını təmin etmək üçün intensiv səy göstəririk” dedi.

Seçilən
19
3
demokrat.az

4Mənbələr