AZ

Trampın Ərdoğanı tərifləməsinə Özgür Özeldən ilk sərt reaksiya

10:24 18.12.2024
10:24 18.12.2024

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Suriyadakı son hadisələri qiymətləndirərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında tərif dolu sözlər səsləndirməsi Türkiyə siyasi arenasında müzakirələrə səbəb olub.

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel Trampın bu açıqlamasına sərt reaksiya göstərib. Özel, Trampın Ərdoğana qarşı ifadə tərzinin vaxtilə yazdığı təhdid məktubundakı tonla oxşar olduğunu vurğulayaraq bunları deyib:
"Bu ton, Trampın Ərdoğana yazdığı təhdid məktubundakı tonun davamıdır. O məktub məni nə qədər utandırdısa, bu ton da bir o qədər utandırdı."

Tramp, Ərdoğan haqqında 'Çox güclü bir ordu qurdu, çox ağıllı adam' deyib. Kaş ki, bu sözləri ilə Türkiyə Silahlı Qüvvələrini (TSK) nəzərdə tutsaydı. Amma Heyət Təhrir əş-Şamı (HTŞ) nəzərdə tutur. Bu tonu xatırlayırsınızmı? Bu ton, Trampın Ərdoğana yazdığı təhdid məktubundakı tonun davamıdır. İndi isə onu tərifləyirmiş kimi edir. Amma bu açıqlama yalnız tərif deyil. Burada həmçinin təhdid var, gizli şəkildə təzyiq var. Verilən tapşırıqları və öhdəlikləri xatırladır. Əks halda, keçmişdə nə olduğunu unutmamağı bildirir.

Bu açıqlamalara sevinən AKP üzvlərinə deyirəm: O məktub məni nə qədər utandırdısa, bu ton da o qədər utandırdı. Türkiyənin prezidenti belə münasibətə layiq deyil. 

Trampın Ərdoğan haqqında səsləndirdiyi təriflər Türkiyə ictimaiyyətində fərqli reaksiyalar doğurarkən, müxalifətin bu məsələyə sərt yanaşması diqqət çəkib.

 


Seçilən
24
mynews.az

1Mənbələr