Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leyhtenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Saxlanılan şəxslər hadisənin sifarişçilərinin adlarını da açıqlayıb.