AZ

Cəlilabadda məsciddən samovar oğurlanıb

Cəlilabadda məsciddən oğurluq edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Türkelli kəndində yerləşən məsciddən 1000 manat dəyərində mis samovarı oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Əmirxan Hüseynov saxlanılıb. Araşdırmalarla Ə.Hüseynovun Cəlilabad şəhəri ərazisində yerləşən evlərdən birindən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Seçilən
24
21
sherg.az

10Mənbələr