AZ

“Azerconnect Group”un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının hesabatında

Dünya Bankı tərəfindən hazırlanan “Azərbaycanda qadınların məşğulluğu qarşısında maneələrin aradan qaldırılması” adlı hesabatda “Azerconnect Group”un müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət (MBİM) prinsiplərinin təşviqi istiqamətində icra etdiyi strategiyaya geniş yer ayrılıb. Hesabatda şirkətin insan kapitalının idarəolunması, qadınların məşğulluğunun dəstəklənməsi sahəsində layihələri, tətbiq etdiyi çevik iş mexanizmlərindən bəhs edilib. Bildirilib ki, MBİM yanaşması “Azerconnect Group”da qadınların texniki vəzifələrə işə qəbulunun əhəmiyyətli dərəcədə artmasına töhfə verib.

Qeyd edək ki, Dünya Bankının hesabatı “Azərbaycanda qadınların məşğulluğu və karyera inkişafında nümunəvi liderlik” adlı tədbirdə təqdim olunub. Hökumət, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrdən nümayəndələrin qatıldığı tədbirdə ölkəmizdə qadınların məşğulluğunun inkişaf etdirilməsi yolları müzakirə edilib. “Azerconnect Group”un İnsan resursları üzrə baş müdiri Mətanət Babayevə çıxışında gender bərabərliyi və inklüziv mühitin inkişafı ilə bağlı şirkətin strategiyası, həmçinin qadınların səlahiyyətləri, onların liderlik bacarıqlarının artırılmasına yönələn layihələr barədə ətraflı məlumat verib. Eyni zamanda, əməkdaşlara həm ofisdən, həm də məsafədən işləməyə imkan verən “Flexcellence” proqramı, onun xüsusi ilə qadınların rifahı və məhsuldarlığına təsiri barədə danışılıb.

Xatırladaq ki, iki il ardıcıl olaraq nüfuzlu “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” kimi seçilən yeganə yerli şirkət olan “Azerconnect Group” cari ildə, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən “Gender İnklüziv İş yeri” mükafatına layiq görülüb.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



Seçilən
23
2
qafqazinfo.az

3Mənbələr