Avropa Şurasının (AŞ) baş katibi Alen Berse Gürcüstanın paytaxtı Tbilisiyə rəsmi səfərə gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tbilisi hava limanında Berseni Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsali qarşılayıb.
AŞ baş katibi Gürcüstanda respublikanın seçilmiş prezidenti Mixeil Kavelaşvili, baş nazir İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili və xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək