AZ

“The Wall Street Journal”: Türkiyə və ABŞ Suriya üstündə döyüşür

Türkiyə və ABŞ Suriya üstündə döyüşür. Bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin yazığına görə, Ankara ABŞ-ın regiondakı əsas müttəfiqləri olan kürdlərin ərazisinə genişmiqyaslı hücuma hazırlaşır.

Donald Tramp isə artıq bəyan edib ki, Türkiyəyönlü qruplar Ərdoğanın göstərişi ilə “Suriyanı düşməncəsinə ələ keçiriblər”.

"Min illərdir bunu istəyirdilər və onu da əldə etdilər. Türkiyə çoxlu can itkisi olmadan düşməncə bir zəbt etdi", Tramp deyib.

Bundan əvvəl Lindsey Graham Türkiyəni ABŞ-ın müttəfiqləri Suriyanın şimalında ərazilərə nəzarət edən kürdlərə hücum edəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı.

P.S. Belə görünür, Türkiyənin əlinin güclənməsi ilə bölgədə terrorçuları rıçaq kimi istifadə edə bilməycəklərini anlayanlar vəziyyəti həzm edə bilmirlər.

Ülviyyə, Hurriyyet.az

Seçilən
24
hurriyyet.az

1Mənbələr