AZ

“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən 2008-ci il təvəllüdlü Muxtar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 8 sentyabr 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Belə ki, Muxtar Məmmədov yaşadığı evin qarşısında küçədə kabab bişirmək üçün ocaq yandırdığı zaman küçədən onlara salam verərək keçən tanışları 16 yaşlı H.Əliyevə və Elşada zarafatyana – “özünüz yatıb, özünüz dura bilirsiniz?!” – deyib. Elşad onun həmin sualına eyni sualla cavab verdiyindən, onu kənara çəkib – “sənin başın artıq gedib”, – deyib onun sualına bu formada sualla cavab verməsinə irad bildirib. Həmin vaxt Muxtar Elşadı itələdiyi üçün sonuncu yaranan mübahisə gedişində onun baş nahiyəsinə yumruq zərbəsi endirib və onlar arasında dava düşüb. Artıq mübahisənin davaya çevrildiyini görən H.Əliyev davaya müdaxilə edib və onları aralaşdırmaya çalışarkən Muxtar toyuq ətini doğramaq üçün götürdüyü bıçaqla onu vurub.

Hadisəni törədən Muxtar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
23
7
nocomment.az

8Mənbələr