Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin (EA) diqqət çəkən hesabat yayıb.
Hesabatda deyilir ki, 2050-ci ilə qədər Böyük Britaniyada 6 milyona yaxın bina su altında qala bilər.
"İngiltərədə təxminən 6,3 milyon mülk bir və ya bir neçə mənbədən daşqın riski altında olan ərazilərdədir", - hesabatda deyilir.
Alimlər vurğulayıblar ki, iqlim dəyişikliyi səbəbindən daşqın riski altında olan evlərin və digər əmlakların ümumi sayı əsrin ortalarına qədər 8 milyona çata bilər.
Hesabatda bunun dövlət üçün ağır iqtisadi nəticələrə səbəb ola biləcəyi də bildirilir. Belə ki, 2016-cı ildən 2019-cu ilə qədər Uels və İngiltərədə daşqınların vurduğu zərər 504-924 milyon funt sterlinq arasında olub.
Tural