AZ

Belqorod vilayətinə PUA HÜCUMU OLUB

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Dolbino, Novaya Nelidovka, Ustinka və Çeremoşnoye kəndlərinə hücum edib, avtomobilə ziyan dəyib.

Oxu24.com  xəbər verir  ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.

Ümumilikdə, Rusiya bölgəsi 18 pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Belə ki, altı pilotsuz uçan aparat Valuyski bələdiyyə dairəsi, daha biri isə Novoskolski bələdiyyə dairəsi üzərində vurulub.

Bundan əlavə, Plotvyanka və Starı kəndləri 26 patrondan istifadə etməklə altı hücuma məruz qalıb. Ölən və yaralananlar olmayıb.

Dekabrın 14-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin ərazisinə, o cümlədən Şebekinoya bir neçə zərbə endirib. Bir yaşayış binasına ziyan dəyib.

Bundan əvvəl Belqorod vilayətində üç yaşayış məntəqəsi Ukrayna ordusunun hücumuna məruz qalmışdı. Belə ki, Valuyski rayonunda, Urazovo kəndi yaxınlığında dron avtomobilə hücum edib. Ölənlər barədə məlumat verilməyib.

Bundan əvvəl Belqorod vilayətində bir nəfər pilotsuz təyyarənin hücumundan sonra qəlpə yaraları alıb.

 

Nigar

 

Seçilən
10
oxu24.com

1Mənbələr