ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp növbəti dəfə Kanadanın Baş naziri Castin Trüdonu “qubernator” adlandırıb.
“Cebheinfo.az” xəbər verir ki, Tramp Trüdoya “qubernator” deyərək lağ edib.
Tramp özünün “Truth social” adlı sosial şəbəkəsində “Böyük Kanada əyaləti maliyyə naziri istefa verdiyi və ya qubernator Castin Trüdo tərəfindən işdən çıxarıldığı üçün heyrətə gəldi” deyib.
O, Kanadanın Baş Nazirinin müavini və Maliyyə Naziri olan, lakin dünən istefa verən Kristia Frilandın davranışının “zərərli” olduğunu söyləyib.
Həmçinin, o, daha əvvəl demişdi ki, Kanada “sərhəd və ticarət kəsiri problemlərini həll etməsə” Kanadadan gələn məhsullara 25 faiz gömrük rüsumu tətbiq edəcək.
Trüdo verginin 25 faiz artırılmasının Kanada iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib.