AZ

İcraiyyə Komitəsinin üzvü: Fernandu Santuş seçmə mərhələdə cəsarətli və döyüşkən futbola üstünlük verəcəklərini vurğuladı

Bakı,18 dekabr, AZƏRTAC

“AFFA İcraiyyə Komitəsinin (İK) dünənki iclasında Azərbaycan futbolunun inkişafı üçün mühüm məsələlər müzakirə olundu”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.

Veteran futbolçu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun yığmanın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı verdiyi hesabat barədə danışıb: “Portuqaliyalı mütəxəssis Azərbaycan millisində yeni olduğunu və futbolçuları yaxşı tanımadığını dedi. Bundan başqa, yığmada yaxşı potensiala malik futbolçuların yer aldığını diqqətə çatdırdı. O, hazırda 34 futbolçunu bəyəndiyini və onların arasından ən yaxşılarını seçəciyini bildirdi”.

S.Qurbanovun sözlərinə görə, Fernandu Santuş dünya çempionatının seçmə mərhələsində cəsarətli və döyüşkən futbola üstünlük verəcəklərini vurğulayıb.

İK üzvü aşağı yaş qrupları üzrə yığmaların məşqçiləri ilə bağlı hələlik qərar verilmədiyini söyləyib: “FFA-nın texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat təqdim etdi. Həmin yaş kateqoriyasında nəticələrin yaxşı olmadığı vurğulandı. Düşünürəm ki, gənc futbolçularda güc çatışmazlığı var”.

phrase_var_article.chosen
28
azertag.az

1phrase_var_article.sources