AZ

Deputat: “Fransa müstəmləkəçilik siyasətini davam etdirir” » AzadMedia.az


Bir neçə gün bundan əvvəl Roma Papası Korsikaya səfər edib. Səfər bəzi məqamlara görə xüsusi əhəmiyyət daşıyır. Öncə onu qeyd edək ki, Korsika uzun illərdir Fransa müstəmələkəçiliyindən əziyyət çəkir. Müstəmləkə siyasətinin qurbanı olan Korsikalıların dini inancı, mədəniyyəti, məhv edilib. Doğma dildə danışa bilmirlər.

Roma papasının Korsikaya səfəri bu baxımdan vacib qiymətləndirilir.

Millət vəkili Cavanşir Feyziyev AzadMedia.az-a açıqlamasında deyib ki, Makron hakimiyyəti qarışıqlıq yaratmaq üçün bütün vasitələrə əl atır:

Fransa hələ də dünyanın bir çox ölkələrində müstəmləkə siyasətini yürüdür. Fransa sadəcə həmin əraziləri qoruyub saxlamir, həm də idarəçilik prinsiplərini get-gedə sərtləşdirir. Yerli əhalinin demokratiya, azadlıq və bərabərhüquqluluq kimi imkanlarını əllərindən alır. Buna misal olaraq, ötən il Fransa tərəfindən qəbul edilmiş qərarı göstərmək olar. İnsanlar öz doğma dilində danışa bilmir”.

2019-cu ildə Parisin məşhur Notr Dam kilsəsində güclü yanğın baş verib. Bu zaman kafedralın bir hissəsi dağılıb. 5 illik təmirdən sonra kilsə restavrasiya olunub. Bu ilin 8 dekabrında isə kilsənin açılış mərasimi keçirilib. Mərasimə bir çox dövlət və hökumət nümayəndələri, siyasətçilər qatılıb. Diqqətçəkən məqam Roma Katolik kilsəsinin rəhbəri Papa Fransiskin Notrdam kilsəsinin açılışına getməməsidir. Deputat deyir ki, bu, Makronun Olimpiya oyunlarındakı təhqirinə cavab ola bilər:

“Ehtimal ki, Roma papasının 10 əsr yaşı olan kilsənin açılış mərasiminə qatılmamasi özü sual doğurur . Belə qənaətə gəlmək olar ki, qərb və ayrı-ayrılıqda Fransa insanların bu günə qədər yaratdığı bütün bəşəri dəyərləri dağıtmaq istiqamətində fəaliyyət göstərir”

Seçilən
22
1
azadmedia.az

2Mənbələr