AZ

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 16 %-dən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 913 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"İki sahil” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.

Kibertəhdidlərin 469-u daxili araşdırma, 445-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə noyabrda isə 85 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 13,3 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 739,72 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 146 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 191 min 632 zərərverici tərkibli elektron sənəd blok edilib.

phrase_var_article.chosen
8
1
ikisahil.az

2phrase_var_article.sources