AZ

Azərbaycanla Serbiya arasında enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Bakı. Trend:

Azərbaycanla Serbiya arasında iqtisadi əməkdaşlığınmöhkəmləndirilməsi, o cümlədən, enerji üzrə işbirliyinin inkişafıbarədə müzakirə aparılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Anar Axundovunrəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsindəBelqradda bu ölkənin dağ-mədən və energetika naziri DubravkaCedoviç-Handanoviçlə görüşüb. Görüşdə SOCAR-ın və Serbiyanınmüvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədənSerbiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfəverir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət vəetibarlı tərəfdaşlıq prinsipləri əsasında genişlənir. Energetikasahəsi ikitərəfli iqtisadi tərəfdaşlığın gücləndirilməsində önəmlifaktordur.

Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, ocümlədən, Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrikstansiyasının birgə tikintisi imkanları barədə müzakirəaparıblar.

Seçilən
6
4
az.trend.az

5Mənbələr