Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov sərəncam imzalayıb, ona əsasən, Adılbek Aleşoviç Kasıməliyev Qırğız Respublikası Nazirlər Kabinetinin sədri – Qırğız Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib”, - məlumatda bildirilir.