Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "İzvestiya" saytına Rusiya XİN-dən veriblər.
Nazirlikdən bildirilib ki, bu ölkələr, Rusiyayla ticarət-iqtisadi sahələrdəki bəzi mühüm əlaqələri saxlamağa çalışsalar da və ikitərəfli siyasi dialoqu davam etdirməyə meyilli olsalar da, AB və NATO üzvü olduqları üçün blokun qaydalarına riayət etməli, o cümlədən Rusiya əleyhinə tətbiq olunan sanksiyaları qəbul etməlidirlər.
Rusiya XİN, bu səbəbdən, Macarıstan və Slovakiyanın siyahıdan çıxarılması üçün kifayət qədər əsasın olmadığını bildirib.
Yaxın zamanlarda Macarıstanın baş naziri Viktor Orban Rusiyaya və Ukraynaya Milad atəşkəsi və geniş miqyaslı məhbus mübadiləsi təklifi etmişdi. Lakin bu fikir praktiki olaraq həyata keçirilməyib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin Viktor Orbanla danışıb və Macarıstan baş nazirinin sülh təşəbbüslərini dəstəkləyib, amma bu təşəbbüslər Ukrayna tərəfi tərəfindən, xüsusilə də Zelenski tərəfindən qəbul edilməyib.