AZ

Ermənistan Azərbaycanla silahlanma yarışına davam gətirə bilməz

Ermənistan başa düşməlidir ki, Azərbaycana qarşı  təxribat törədərsə, ABŞ və Fransanın dəstəyinə baxmayaraq, "yer üzündə" heç kim ona kömək etməyəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VGTRK və RİA Novosti-yə müsahibəsində bildirib.

"İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri unudulmamalıdır," -  o vurğulayıb.

İlham Əliyev bəzi Qərb ölkələrinin Ermənistana silah tədarükü məsələsinə də toxunub.
 
"Fransa tərəfindən Ermənistana hücum xarakterli silahların verilməsi Azərbaycan üçün praktiki təhlükə yaradır. Bakı ABŞ-dakı Ermənistanın himayədarlarına çatdırıb ki, İrəvana silah tədarükü dayandırılmalıdır. Sərhədimizin Ermənistanla uzunluğu min kilometrdən çoxdur. Bir çox yaşayış məntəqələri sərhədə yaxındır və bu məntəqələrin çoxuna keçmiş qaçqınlar qayıdır. Buna görə biz bu prosesin sadəcə müşahidəçisi ola bilmərik. Dəfələrlə Ermənistanın özünə və ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, bu dayandırılmalıdır. Təəssüf ki, bizi eşitməyiblər və Ermənistana silah tədarükü sürətlə davam edir," - İlham Əliyev əlavə edib.

Prezident vurğulayıb ki, Ermənistan Azərbaycanla silahlanma yarışına davam gətirə bilməz.

"Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, bu mövzuda nə Azərbaycanda, nə də Rusiyada şübhə yoxdur," - Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

"O da var ki, çətin vaxtlarda ölkələrimiz həmişə bir-birini anlayıb və dost münasibəti nümayiş etdirib. Əminəm ki, gələcəkdə də belə olacaq," - dövlət başçısı qeyd edib.
 
O əlavə edib ki, iki ölkə ticarət-iqtisadi əməkdaşlıq üçün yeni sahələr tapmaqda fəal iştirak edir.

Prezident bildirib ki, xarici siyasət xüsusiyyətlərinə görə Azərbaycan həm Qərbdə, həm də Şərqdə tamamilə müstəqil oyunçu kimi qəbul olunur: "Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü olan Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada başqa belə bir ölkə yoxdur."
 
N.Təbrizli





www.anews.az
Seçilən
6
anews.az

1Mənbələr