AZ

İlham Əliyev: "Borrell diktator Franko üçün yaxşı xarici işlər naziri olardı"

"Düşünürəm ki, Aİ diplomatiyasının keçmiş rəhbəri Cozep Borrell bir neçə onilliklər əvvəl yaşasaydı, İspaniya diktatoru Fransisko Franko üçün yaxşı xarici işlər naziri olardı".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
 

“Ancaq bəxti gətirmədi, başqa bir zamanda yaşadı", deyə İlham Əliyev bildirib.


“Mən, nəhayət ona bir neçə siqnal göndərmək istərdim. Baxmayaraq ki, bu barədə COP29-da (2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı - red.) çıxışlarımın birində danışmışam. Mən hətta Borrelldən sitat da gətirdim. O deyib ki, Avropa çiçəklənən bağdır, qalan yerlər cəngəllikdir. Mən isə dedim ki, biz cəngəlliyiksə, bizdən uzaq olun”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Bizim.Media

Seçilən
3
50
bizim.media

10Mənbələr