AZ

ABŞ Suriyaya hərbçilər göndərəcək

AzVision.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller, hazırda Suriyada ABŞ hərbçilərinin olmadığını, yalnız koalisiya qüvvələrinin iştirak etdiyini bildirib. Lakin o, ABŞ-ın gələcəkdə bu vəziyyəti yenidən qiymətləndirərək hərbi personal göndərməyi araşdırdığını açıqlayıb.

“Biz vəziyyəti davamlı olaraq qiymətləndiririk. Dövlət katibinin və digər tərəfdaş ölkələrin şənbə günü bəyan etdiyi prinsiplərin tətbiqi və digər vəzifələrin yerinə yetirilməsi məqsədilə Suriyaya hərbi personal göndərmək üçün doğru məqam seçməyə dair araşdırmalar aparırıq” – deyə Miller vurğulayıb.

Bundan əvvəl, ABŞ Dövlət Departamentinin 14 dekabr tarixli açıqlamasında Suriyadakı keçid siyasi prosesinin “Suriyanın rəhbərliyi və onun iştirakı ilə həyata keçirilməsinin vacibliyi” qeyd edilib. Bəhreyn, Böyük Britaniya, Almaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ, Fransa və Suriya üzrə Ərəb Əlaqə Qrupu, Avropa İttifaqı və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersenin dəstək verdiyi birgə bəyanatda bu prinsip vurğulanıb.

Bəyanat müəllifləri, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin prinsiplərinə uyğun olaraq şəffaf bir proses vasitəsilə inklüziv, dünyəvi və nümayəndəli hökumətin yaradılmasının vacibliyini qeyd ediblər. Onlar həmçinin, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin mandatını dəstəkləyərək, BMT baş katibindən bu qurumun yerlərdəki fəaliyyətini genişləndirməsini xahiş ediblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
31
1
azvision.az

3Mənbələr