AZ

SEPAH-ın gizlinləri açıqlandı – “Nəzarət onların əlindədir”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin neft sənayesi üzərində nəzarəti gücləndirib. Korpus Tehranın gəlirlərinin böyük hissəsini təşkil edən və Yaxın Şərqdakı proksi qüvvələri maliyyələşdirən ixracatının yarısına nəzarət edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” rəsmi və təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, neft biznesinin bütün aspektləri, sanksiyaya məruz qalmış xam nefti gizli şəkildə daşıyan tanker donanmasından tutmuş logistika və nefti əsasən Çinə satan şirkətlərə qədər SEPAH-ın təsiri altına düşüb.

Korpusun neft ixracına nəzarətinin miqyası barədə əvvəllər məlumat verilməyib.

ABŞ və Avropa İttifaqının sərt sanksiyalarına baxmayaraq, İran hər il 50 milyard dollardan çox neft gəliri əldə edir ki, bu da Tehranın əsas və ən böyük xarici valyuta mənbəyidir.

Qərb rəsmiləri SEPAH-ın İranın neft ixracının 50 faizə qədərinə nəzarət etdiyini deyirlər.

Hesablamalar İranın gəmiçilik qurumları və SEPAH-la əlaqəli şirkətlərin gəmiçilik fəaliyyətləri ilə əlaqədar monitorinqlərə əsaslanıb. Bununla belə, “Röyter” korpusun nəzarətinin miqyasını dəqiq müəyyən edə bilməyib.

Agentlik vurğulayır ki, İnqilab Keşikçiləri Korpusunun neft sənayesində artan hökmranlığı onun İran iqtisadiyyatının bütün sahələrində təsirini artırır, Qərbin sanksiyalarının ölkəyə təsirlərini çətinləşdirir.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
8
teleqraf.com

1phrase_var_article.sources