AZ

16 milyonluq "metallom" - "Porsche" qüsurlu çıxdı

İstanbulda yaşayan iş adamı Erdal E. Slovakiyadan tamamilə yeni Porsche Cayenne avtomobili alıb. İş adamının 16 milyona aldığı nəqliyyat vasitəsi 2 min kilometrə çatmadan müxtəlif hissələrində nasazlıq etməyə başlayıb.

News24.az xəbər verir ki, avtomobilin düymələrində, pəncərələrdə və s. problemlər yaranıb. 

Erdal E. davamlı olaraq nasaz yarandığını bildirərək, avtomobilin yeni avtomobillə dəyişdirilməsini istəyib. Səlahiyyətlilər bunu qəbul etməyiblər və bu dəfə avtomobilin faralarında nasazlıq yaranıb.

Avtomobilin yararsız hala düşdüyünü anlayan Erdal E. Məhkəməyə müraciət edib. 

Günel Məlikzadə

Seçilən
13
news24.az

1Mənbələr