Dünyanın ən yaşlı tanınmış timsahı dekabrın 16-da Cənubi Afrikadakı təbiət mühafizə mərkəzində 124 yaşını qeyd edib.

İndex.az xəbər verir ki, Henri adlı Nil timsahı təxminən 40 il ərzində bir çox partnyorla cütləşib və 10.000-dən çox övlad sahibi olub.

Latın dilində “Crocodylus Niloticus” kimi tanınan timsah 1985-ci ildən Cənubi Afrikanın Skotburq şəhərindəki “Crocworld Conservation Center”də yaşayır. İlk dəfə 1903-cü ildə Botsvanada Okavanqo deltasında tutuldu.

Timsahın dəqiq doğum tarixi məlum deyil, lakin Crocworld nümayəndələri onun təxminən 1900-cü ildə anadan olduğunu təxmin edirlər. İşçilər hər il dekabrın 16-da timsahın ad gününü qeyd edirlər.

Yeri gəlmişkən, Henrinin çəkisi 700 kiloqramdır və boyu beş metrdir.