Suriyada uzun müddətdir davam edən münaqişə səbəbindən bağlanan Dəməşq Beynəlxalq Hava Limanı bu gün mərhələli şəkildə fəaliyyətə başlayıb.
Medianews.az xəbər verir ki, ilk uçuş Dəməşqdən Hələbə olub.
Təyyarə uçuş-enmə zolağına endikdən sonra pilot Suriyanın yeni bayrağını dalğalandırıb. Paytaxt Dəməşqdən Hələbə ilk uçuş təşkil edildikdən sonra, gələcəkdə beynəlxalq uçuşları da əhatə edəcək şəkildə genişləndiriləcək.
Medianews.az