AZ

Bədbəxt hadisə:  bilmədən 6 aylıq qızını pəncərədən ATDI

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində ata bilmədən 6 aylıq qızını pəncərədən atıb.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, faciə ər-arvad arasında yaranan münaqişə nəticsəində baş verib.

Cütlük restoranda nahar edib qayıtdıqdan sonra, qadın qızını içkili həyat yoldaşının yanına qoyub və ev təmizliyə başlayıb. Uşaq ağlamağa başlayanda qadın əhəmiyyət verməyib. Cütlük arasında münaqişə başlayıb.

Mübahisənin qızğın vaxtında kişi, qəfildən uşağı açıq pəncərədən atıb. Ana dərhal aşağı qaçıb. Cütlük uşağı xilas etmək ümidi ilə birlikdə xəstəxanaya gedib. Lakin həkimlər onu xilas edə bilməyiblər. Daxili orqanlarının çoxsaylı zədələri səbəbindən uşağın ürəyi dayanıb.

Qadın kişini qəsdən qəddarlıqda ittiham etməyə başlayıb. Bunu eşidən həkimlər hadisə barədə polisə məlumat veriblər. Kişini məhkəməyə veriblər və uzun sürən məhkəmə zamanı məlum olub ki, o, tez-tez içki içir, amma qızı ilə yaxşı davranır, ona qulluq edirdi.

Özü də hər şeyin təsadüfən baş verdiyini və onun bu hərəkətinin sərxoşluq və qəzəbdən qaynaqlandığını iddia edib. O, qızının ovucları tərlədiyi üçün onun qollarından sürüşüb. Hadisə qəsdən adam öldürmə kimi təsnif edilib. Kişi dörd il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
20
medianews.az

1Mənbələr