AZ

Ülvi Əliyev: “Təəssüf ki, epizodları realizə edə bilmədik”

"Başlanğıc üçün 1 xal da pis nəticə deyil".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyev Avropa çempionatının əsas mərhələsində İsveçlə heç-heçə etdikləri görüşlə bağlı danışarkən deyib.

Əliyev oyunda dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib: "İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar. Oyuna gəldikdə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük. Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi olaraq final fitinə 2 saniyə qalmış bərabərlik qolunu vurduq".

O, matçda qələbə qazanmaq üçün mübarizə apardıqlarını vurğulayıb: "Oyunun gedişi də göstərdi ki, xüsusilə də ikinci hissədə daha çox qol epizodu yaratdıq. Təəssüf ki, epizodları realizə edə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün 1 xal da pis nəticə deyil.

Hazırda milli komanda yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq”.

İdman.biz

Seçilən
37
4
idman.biz

10Mənbələr