AZ

Azərbaycana idxal edilən düyü 14% bahalaşıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7% və ya 9505 ton, dəyər baxımından isə 35.4% və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 14% artaraq 1038 ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 910 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.33%-nə bərabər olub.

Seçilən
8
6
7times.az

7Mənbələr