Dəməşq (Suriya) beynəlxalq aeroportundan 11 gündən sonra ilk sərnişin təyyarəsi uçub.
hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə TASS-a hava limanının dispetçer xidməti məlumat verib.
"Suriya Hava Yolları" milli daşıyıcısının Hələbə uçuşu həyata keçirilib", - deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl məlumat verilmişdi ki, dekabrın 24-nə qədər Dəməşq aeroportu təyyarələri yalnız mülki aviasiya nəzarəti üzrə dövlət orqanının xüsusi icazəsi ilə qəbul edə və göndərə bilər.
Hazırda dispetçerlərin yaydığı notam məlumatına əsasən, bu cür məhdudiyyət qüvvədə qalır. Hələb aeroportu hələ də eyni rejimdə işləyir, lakin burada məhdudiyyətlər dekabrın 18-nə qədər qüvvədədir.