AZ

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2024-cü il dekabrın 18-də Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 356 namizəd iştirak edib. Ümumilikdə 238 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 235, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 3) nəfər tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23-25 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.

phrase_var_article.chosen
42
azedu.az

1phrase_var_article.sources