AZ

"Ümid edirik ki, Zəngəzur dəhlizi sülh dəhlizi olacaq"

"Ankara dünya ticarəti üçün mühüm tranzit nöqtəsinə çevriləcək Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsinə ümid edir".Missiya.Az xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

"Biz bu layihə çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə davam edəcəyik. Zəngəzur dəhlizinin açılmasının Azərbaycan, Türkiyə və digər bölgələrin xalqlarına fayda gətirməsini arzulayırıq. Ümid edirik ki, bu sülh dəhlizi olacaq. Türkiyə və Azərbaycan regionda sülh və sabitliyin əldə olunması üçün bütün səylərini göstərir", - o əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

phrase_var_article.chosen
34
4
missiya.az

5phrase_var_article.sources