AZ

Zaxarova: ”Qərb Ukraynanı uçuruma sürükləyir”

Avropa Şurasının baş katibi Alen Bersenin Ukraynaya səfəri təbliğat xarakterlidir və Kiyevi səfərbərlik yaşını aşağı salmağa inandırmaq üçündür.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu  dekabrın 18-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, bu cür səyahətlərin əsas məqsədi Kiyev rejimini  uçuruma itələməkdir. Diplomat xatırladıb ki, Çerniqov vilayətinin Yaqodnoye kəndində Alen Berseyə guya Rusiya hərbçilərinin bəzi vəhşiliklərinin izləri göstərilib. İddia olunurdu ki, 2022-ci ilin yazında Rusiya Silahlı Qüvvələrinin əsgərləri bir neçə həftə ərzində bir məktəbin zirzəmisində mülki şəxsləri zorla saxlayıblar. Zaxarova AŞ baş katibinin şahidlərdən hər hansı biri ilə danışdığına şübhə etdiyini bildirib: “Onda öyrənəcəkdi ki, 2022-ci ilin fevral-mart aylarında Rusiya Müdafiə Nazirliyinin xətti ilə Kiyev və Çerniqov vilayətlərinin yaşayış məntəqələrinə Banderanın əli ilə qurbanlar üçün yüzlərlə ton humanitar yardım çatdırılıb”, deyə Zaxarova bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
24
1
konkret.az

2Mənbələr