AZ

NATO sərhədinə göndərilən zeplinlər çaşqınlıq yaratdı – Rusiya yeni bir hücuma hazırlaşır?

Rusiyadan NATO sərhədinə göndərilən zeplinlər (hava şarı-red.) Estoniyada çaxnaşma yaradıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, üzərində Rusiyanın Ukraynadakı işğalının simvoluna çevrilən - “Z” hərfi olan bu zeplinlər Estoniyada yeni bir casusluq fəaliyyəti və ya hücuma hazırlıq siqnalı kimi dəyərləndirilib. Hakimiyyət isə Rusiyanın bu addımını “təxribat” adlandırıb.

Yerli mediada yer alan xəbərlər bunun bir növ casusluq əməliyyatı ola biləcəyini göstərir. Estoniyalılar qorxurlar ki, zeplinlər Rusiyadan mümkün hücumun başlanğıcı ola bilər.

Qeyd oluub ki, zeplinlərin göründüyü Narva bölgəs NATO-nun şərq sərhədində yerləşir və daim Rusiya təhdidləri ilə gündəmdədir. Şəhərdə yaşayan 56 min əhalinin təxminən 96 faizi rus dilində danışır, əhalinin 34 faizi isə Rusiya vətəndaşıdır.

Britaniya mətbuatının yazdığına görə, Kreml mütəmadi olaraq bu bölgəyə casus şarları göndərir.

Qeyd edək ki, bu hadisədən sonra Estoniya sərhəddə təhlükəsizlik tədbirlərini artırıb.

“AzPolitika.info”

Seçilən
29
azpolitika.info

1Mənbələr