AZ

Tramp sağlam olmayan yeməkləri sevir - hər gün qazlı içkilər içir

Ağ Evin keçmiş aşpazı Andre Raş ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kulinariya seçimlərindən danışaraq onun sağlam olmayan yeməkləri sevdiyini açıqlayıb.


Manset.az xəbər verir ki, keçmiş aşpaz bu barədə “Politico: West Wing Playbook”-a müsahibəsində danışıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, yeni seçilmiş Amerika lideri çoxdan adi sudan imtina edib və hər gün şirin qazlı içkilər içir. Raş qeyd edib ki, Tramp ən çox sevdiyi dietik kolaya o qədər aludə olub ki, onun son prezidentliyi dövründə hətta kola gətirmək üçün xüsusi işçisi olub. Düyməyə basanda işçi ona kola gətirirmiş.

Trampın özü qeyd edir ki, o, hələ içkinin heç bir mənfi təsirini hiss etməyib, lakin Raş əmindir ki, onun daha sağlam pəhrizə keçməsinin vaxtı çatıb, çünki ABŞ-nin seçilmiş prezidentinin artıq 78 yaşı var.

Bundan əvvəl qidalanma sahəsində ekspert, Moskva vilayətinin Səhiyyə Nazirliyinin baş ştatdankənar həkimi İnna Piçugina bildirib ki, Trampın pəhrizi və onun qeyri-sağlam qidalanması ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəngə səbəb ola bilər.

Seçilən
23
manset.az

1Mənbələr