AZ

Anar Bağırov: Professor Məsumə Məlikova Azərbaycanda hüquq elmi məktəbinin banisidir

Bakı, 18 dekabr, AZƏRTAC

Mən tələbə ikən hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın mühazirələrinə böyük maraqla dinləyirdim. Eyni zamanda, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri kimi deyə bilərəm ki, hazırda ölkəmizdə 2500-dən çox vəkil var, onları da tədbirdə təmsil edirəm. Yazılı imtahanlara, namizədlərin və vəkillərin siyahısına da baxanda görürük ki, onların tam əksəriyyəti Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunlarıdır və Məsumə Məlikovanın tələbələridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın 95 illik yubileyində çıxışı zamanı bildirib.

Anar Bağırov vurğulayıb ki, Məsumə xanım Azərbaycanda hüquq elmi məktəbinin banisidir: “Bu gün tədbirdə dəyərli alimlərimiz iştirak edirlər. Məlumdur ki, hələ çox alimlərimiz olacaq. Ancaq Mənsurə xanım tanınmış alim və Azərbaycanın çağdaş hüquq tarixinin ən görkəmli xadimi kimi daim yaddaşlarda qalacaq.

Mən hüquq sahəsində Məmməd Xələfov, Yusif Mehdiyev, Tofiq Qafarov, Firudin Səməndərov və digər görkəmli alimlərimizi xatırlatmaq istəyirəm.

Həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətində müzakirələr aparıldı və qərar qəbul edildi ki, Məsumə Məlikovaya “Fəxri vəkil” diplomu təqdim edək”.

phrase_var_article.chosen
48
2
azertag.az

3phrase_var_article.sources